...

2017-ci ildə manat dollara qarşı 4 faiz möhkəmlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Yanvar 2018 13:18 (UTC +04:00)
2017-ci ildə Azərbaycan manatının dollara nisbətdə rəsmi məzənnəsi 3,9871 faiz (0,0706 manat) möhkəmlənib.
2017-ci ildə manat dollara qarşı 4 faiz möhkəmlənib

Bakı. Ənvər Məmmədov - Trend:

2017-ci ildə Azərbaycan manatının dollara nisbətdə rəsmi məzənnəsi 3,9871 faiz (0,0706 manat) möhkəmlənib.

Trend-in məlumatına görə, ötən ilin yekunu üzrə orta çəkili məzənnə bir dollara nisbətdə 1,7205 manat təşkil edib.

Manatın dollara qarşı məzənnəsinin pik göstəricisi fevralın 1-i və 2-də qeydə alınıb - bir dollara nisbətdə 1,92 manat.

Minimal göstərici isə dekabrın 6-da qeydə alınıb və dekabrın 12-dək bu səviyyədə qalıb - bir dollara qarşı 1,7 manat.

Hazırda rəsmi məzənnə bir dollara qarşı 1,7001 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti