...

Azərbaycan Prezidenti: “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2018 22:44 (UTC +04:00)
“ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq.
Azərbaycan Prezidenti: “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq

Bakı. Trend:

“ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq.

Trend-in məlumatına görə, bunu yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Azərbaycan Prezidenti bildirib ki, bu il üç “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq - Mingəçevir, İmişli və Şəki şəhərində: “Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq. Eyni zamanda, mən göstəriş vermişəm ki, bu il beş şəhərdə “ASAN xidmət” mərkəzinin tikintisinə başlanılsın. Onlar yəqin ki, 2019-cu ildə istifadəyə veriləcək. Beləliklə, bir ildən sonra bizim 20 “ASAN xidmət” mərkəzimiz olacaq".

İlham Əliyev əlacə edib ki, bu günə qədər “ASAN xidmət” mərkəzlərinə 20 milyona yaxın müraciət daxil olub: “ASAN xidmət” ictimai xidmət sahəsində çox ciddi dönüş yaratmışdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti