...

Mərkəzi Bankın valyuta ehtiyatlarından XƏBƏR var

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2018 13:50 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 1,36 milyard dollar və ya 34,2 faiz artıb.
Mərkəzi Bankın valyuta ehtiyatlarından XƏBƏR var

Bakı. Azad Həsənli - Trend:

2017-ci il ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 1,36 milyard dollar və ya 34,2 faiz artıb.

Trend Mərkəzi Bankın statistik məlumatlarına istinadən xəbər verir ki, bununla da valyuta ehtiyatları 5 334,6 milyon dollara çatıb.

Ay ərzində AMB-nin ehtiyatları 80,4 milyon dollar (1,53 faiz) artıb.

Qeyd edək ki, 2016-cı il ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 2015-ci illə müqayisədə bir milyard dollardan çox və ya 20,78 faiz azalaraq 3 974,4 milyon dollar təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti