Bakı. Azad Həsənli - Trend:
"Kapital Bank"ın səhmdarları martın 14-də keçiriləcək növbəti ümumi yığıncaqda Müşahidə Şurasının tərkibində dəyişikliklər edilməsini müzakirə edəcəklər.
Bu barədə Trend rəsmi mətbuata istinadən məlumat verir.
Bundan başqa, yığıncaq iştirakçıları 2017-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması, 2017-ci maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi və 40 milyon manat dəyərində, 15% dərəcəsi ilə, qeyri-kumulyativ, müddətsiz imtiyazlı səhmlərin buraxılması məsələlərinə baxacaqlar.