...

Bakıda 20-dən çox dəmir yolu stansiyası tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2018 12:54 (UTC +04:00)
Bakı dairəvi dəmir yolunun tikintisi çərçivəsində 23 dəmir yolu stansiyası tikiləcək.
Bakıda 20-dən çox dəmir yolu stansiyası tikiləcək

Bakı. Maksim Tsurkov - Trend:

Bakı dairəvi dəmir yolunun tikintisi çərçivəsində 23 dəmir yolu stansiyası tikiləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov deyib: “Məlum olduğu kimi, indi Biləcəri və Xırdalanda dayanacaqları olmaqla Bakı-Sumqayıt dəmir yolu fəaliyyət göstərir. Biz bu yolu elə genişləndirmək istəyirik ki, bu xətlə hərəkət edən qatarlar Bakıxanov, Zabrat-1, Zabrat-2, Pirşağı, Fatmayı, Novxanı stansiyalarından keçsin. Bundan başqa, bu xətti Maştağa qəsəbəsində Bağlar istiqamətində uzatmaq planlaşdırılır. Digər xətt Zirə qəsəbəsinin yaxınlığındakı Dübəndi stansiyasınadək uzadılacaq. Əvvəllər orada Pirallahınadək dəmir yolu var idi. Daha bir xətt Binə qəsəbəsinədək çəkiləcək və Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmir yolu məsələsi həll olunacaq”.

Qurumun sədrinin sözlərinə görə, Bakı dairəvi dəmir yolu üzrə böyük proqram var: “Əvvəllər Bakı qəsəbələrinin sakinləri elektrik qatarlarından fəal istifadə edirdi və Prezident İlham Əliyev bu xətlərin bərpa olunmasını tapşırıb. Bu, sərnişin daşımalarını azaltmağa imkan verəcək. Biz artıq bu proqramın reallaşdırılmasına hazırlığı başlamışıq. İş Sabunçu stansiyasından başlayacaq. Biz orada tunel tikəcəyik, yatağı yüksəldəcəyik və yenin stansiyalar tikəcəyik. Ümumilikdə 23 stansiya tikiləcək”.

Sədr vurğulayıb ki, Bakı dairəvi dəmir yolunun yaradılması üzrə işlərə bu il ilkin olaraq, 100 milyon manat ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti