...

"Bank of Baku"da Talassemiya və Hemofiliyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2018 18:37 (UTC +04:00)
“Bank of Baku” fəaliyətinin 24-cü ildönümü ərəfəsində Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində növbəti sosial layihələrindən birinə imza atıb.
"Bank of Baku"da Talassemiya və Hemofiliyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

“Bank of Baku” fəaliyətinin 24-cü ildönümü ərəfəsində Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində növbəti sosial layihələrindən birinə imza atıb.

“Bank of Baku”dan Trend-ə verilən məlumata görə, bankın Baş İdarəsində Talassemiya və Hemofiliyadan, həmçinin leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası həyata keçirilib.

Bankın əməkdaşlarının iştirakı ilə “Qan verək, bir həyatın da qəhrəmanı biz olaq!” şüarı altında keçirilən aksiyada ümumilikdə 10 litrdən çox qan verilib. Mərkəzi Qan Bankının peşəkar həkim kollektivinin dəstəyi ilə keçirilən aksiyanın əsas məqsədi Respublika Talassemiya Mərkəzində qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyac duyan uşaqlara dəstək olmaqdır.

Gələcəkdə Bank of Baku-nun digər ofis və filiallarında keçirilməsi planlaşdırılan bu aksiyada təşkilatı dəstək Qan Donorları Assosiasiyası İctimai Birliyi tərəfindən göstərilib.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti