Bakı. Əli Mustafayev - Trend:
ABŞ Azərbaycanla iqtisadi əməkdaşlığın güclənməsi üçün bir sıra proqramlar hazırlayır.
Bunu Trend-in sualına cavabında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfirin sözlərinə görə, Azərbaycanla ABŞ arasındakı ikitərəfli əməkdaşlığın üç əsas istiqaməti - iqtisadiyyat, (o cümlədən enerji), təhlükəsizlik, qanun və demokratiyanın aliliyi məsələləri mövcuddur: “2017-ci ilin oktyabrında ABŞ-dan Azərbaycana ikitərəfli münasibətlər tarixində ən iri ticarət missiyası gəlib. ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini və Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunu fəal şəkildə dəstəkləyir”.
R.Sekuta onu da əlavə edib ki, iki ölkə təhlükəsizlik sahəsində də əməkdaşlıq edir və Azərbaycan ABŞ-ın Əfqanıstan siyasətinə böyük dəstək verir.