...

Bank VTB-nin (Azərbaycan) Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2018 16:36 (UTC +04:00)
2018-ci ilin fevral ayında VTB (Azərbaycan)-ın səhmdarlarının növbədənkənar iclasında bankın Müşahidə şurasının yeni tərkibi barədə qərar qəbul edilib.
Bank VTB-nin (Azərbaycan) Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

Bakı. Trend:

2018-ci ilin fevral ayında VTB-nin (Azərbaycan) səhmdarlarının növbədənkənar iclasında bankın Müşahidə şurasının yeni tərkibi barədə qərar qəbul edilib.

Bankdan Trend-ə verilən məlumata görə, toplantının nəticələrinə görə, bankın Müşahidə şurasının tərkibi aşağıdakı qaydada təsdiqlənib:

Bortnikov Denis Aleksandroviç, Müşahidə şurasının sədri
Tsaryev Sergey Vladimiroviç, Müşahidə şurasının sədrinin müavini
Popov Dmitriy Sergeyeviç, Müşahidə şurasının üzvü

Qeyd edək ki, hazırda Denis Bortnikov bank VTB-nin (PSC) prezidentinin-idarə heyətinin sədrinin müavini vəzifəsində çalışır, Sergey Tsaryev isə VTB-nin (PSC) idarəedici direktorudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti