...

İranlı nazir Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə çağırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2018 15:55 (UTC +04:00)
Azərbaycan və İran arasında əlaqələrin genişləndirilməsi iki ölkənin maraqlarının qorunmasına kömək edəcək.
İranlı nazir Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə çağırıb

Bakı. İlkin Şəfiyev, Kamyar İqbalnejad - Trend:

Azərbaycan və İran arasında əlaqələrin genişləndirilməsi iki ölkənin maraqlarının qorunmasına kömək edəcək.

Trend-in məlumatına görə, bu barədə İranın səhiyyə naziri Həsən Haşimi Tehranda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündə deyib.

İranlı nazir qeyd edib: "Ölkələrimizin təhlükəsizlik və iqtisadiyyat sahələrində gələcək və cari maraqları əməkdaşlığın artırılmasından asılıdır. Bunun üçün müxtəlif imkanlar var".

Əczaçılıq sahəsində də əməkdaşlığın genişləndirilməsinə çağıran H.Haşimi bildirib ki, Ərdəbil, Təbriz və Urmiya şəhərlərindəki tibb universitetləri Azərbaycanla əməkdaşlığa hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti