...

Mövlud Çavuşoğlu: Azərbaycan, İran, Türkiyə və Gürcüstanın işgüzar dairələri yeni imkanlar qazanacaq (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2018 13:51 (UTC +04:00)
Azərbaycan, İran, Türkiyə və Gürcüstanın işgüzar dairələri əməkdaşlıq üçün yeni imkanlar qazanacaq
Mövlud Çavuşoğlu: Azərbaycan, İran, Türkiyə və Gürcüstanın işgüzar dairələri yeni imkanlar qazanacaq (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan, İran, Türkiyə və Gürcüstanın işgüzar dairələri əməkdaşlıq üçün yeni imkanlar qazanacaq.

Trend-in məlumatına görə, bunu Bakıda Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin görüşünün yekunu üzrə keçirilən mətbuat konfransı zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, ölkələrin dördtərəfli əməkdaşlığı çərçivəsində gələcəkdə artırmaqla qarşılıqlı ticarətin genişləndirilməsi və dörd ölkənin investisiya potensialının reallaşdırılması, həmçinin qarşılıqlı ticarət və yeni layihələrdə iştirak üçün işgüzar dairələrin yeni imkanlarının təqdim olunması planlaşdırılır.

Onun sözlərinə görə, ticari əməkdaşlığın inkişafı üçün ölkələr qarşısında gömrük məsələlərin müzakirəsi də dayanır:

"Əməkdaşlıq haqqında bəyannaməni imzalamaqla biz həm nəqliyyat, energetika, turizm sahələrində, həm də bizim üçün prioritet olan digər sektorlarda dördtərəfli əməkdaşlığın genişləndirilməsinə cəhdləri dəstəkləyirik. Biz Avropa və Asiyanı birləşdirən nəqliyyat marşrutlarımızı inkişaf etdirməyi planlaşdırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti