...

Gəncə avtomobil zavodu Türkiyə bazarına çıxır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Mart 2018 13:59 (UTC +04:00)
Gəncə avtomobil zavodu ixracyönümlü məhsul və texnologiya istehsalı layihəsi, üçüncü ölkələrin bazarlarına çıxmaq və Türkiyədə zavodun tikintisi çərçivəsində "Konya Tarım Fuarı 2018" sərgisində iştirak edib
Gəncə avtomobil zavodu Türkiyə bazarına çıxır (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Gəncə avtomobil zavodu ixracyönümlü məhsul və texnologiya istehsalı layihəsi, üçüncü ölkələrin bazarlarına çıxmaq və Türkiyədə zavodun tikintisi çərçivəsində "Konya Tarım Fuarı 2018" sərgisində iştirak edib.

Trend-in məlumatına görə, bu layihə Minsk traktor zavodu ilə birgə həyata keçirilir və Türkiyə bazarında "Belarus" traktorlarının istehsalı və satışını nəzərdə tutur.

Gəncə avtomobil zavodu İstehsalat Birliyinin rəhbəri Xanlar Fətiyev bildirib ki, bu gün müəssisə Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi ölkə iqtisadiyyatının əsas inkişaf istiqamətlərindən biri olan qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir.

Kənd təsərrüfatı texnikasına daxili tələbatın təmin olunması və yeni iş yerlərinin açılması ilə yanaşı zavod ixracyönümlü məhsullarının istehsalı və Türkiyədə yeni müəssisənin açılışı hesabına satış coğrafiyasının genişləndirilməsini davam etdirir.

Müəssisədən Trend-ə bildiriblər ki, sərgidə iştirak edənlərin yüksək marağı ilə onlara əlavə marketinq tədqiqatları aparmaq imkanı verib. Tədqiqatlar göstərdi ki, "Belarus" traktorlarının Türkiyə bazarında keyfiyyət və qiymət baxımından çox böyük perspektivləri var.

Xəbər lenti

Xəbər lenti