...

Mərkəzi Bank uçot dərəcəsini aşağı saldı - 11 faiz oldu (YENİLƏNİB-2)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2018 15:23 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini aşağı salıb.
Mərkəzi Bank uçot dərəcəsini aşağı saldı - 11 faiz oldu (YENİLƏNİB-2)

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini aşağı salıb.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

E.Rüstəmov qeyd edib ki, uçot dərəcəsi 13 faizdən 11 faizə endirilib.

Onun sözlərinə görə, AMB, həmçinin faiz dəhlizinin yuxarı həddinin 16-dan 14 faizədək azaldılması barədə qərar qəbul edib: "Faiz dəhlizinin aşağı həddi 8 faiz səviyyəsində saxlanılıb".

Bununla belə, Mərkəzi Bank sədri 2018-ci il ərzində uçot dərəcəsinin növbəti dəfə azaldılacağını istisna etməyib.

O deyib ki, cari müsbət tendensiyanın saxlanması ilə uçot dərəcəsi birrəqəmli səviyyəyədək enə bilər.

Qeyd edək ki, ilin əvvəlindən artıq ikinci dəfədir ki uçot dərəcəsi azaldılır. AMB fevralda uçot dərəcəsini 15-dən 13 faizə endirmişdi.

Faiz dəhlizinin parametrləri növbəti dəfə 2018-ci ilin iyununda müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti