...

Azərbaycan Mərkəzi Bankı həcmi 200 milyon manat olan notları hərraca çıxarır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2018 09:01 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

Aprelin 12-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının həcmi 200 milyon manat olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən Trend-ə verilən məlumata görə, hərraca çıxarılan 2 milyona yaxın notların hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar 2018-ci il mayın 10-da ödəniləcək.

Qısamüddətli notlar pul kütləsinin dövriyyəsi üçün maliyyə-kredit siyasətinin əsas aləti sayılır. Notları ancaq banklar ala bilər.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq olmamalıdır - 1 rəqabətli və 1 qeyri-rəqabətli.

Qeyd edək ki, 2018-ci il aprelin 11-ə olan məlumata əsasən, USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti