...

Vergilər Nazirliyi yanında yeni departament yaradıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2018 12:11 (UTC +04:00)
Vergilər Nazirliyi yanında yeni departament yaradılıb.
Vergilər Nazirliyi yanında yeni departament yaradıldı

Bakı. Trend:

Vergilər Nazirliyi yanında yeni departament yaradılıb.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində yeni struktur - Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.

Departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət siseminin təkmilləşdirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti