Bakı. Trend:
Dövlət bankı Azər Türk Bank Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar başladığı “28 May” kredit kampaniyasının müddətinin uzadılması barədə qərar verib.
Trend-in məlumatına görə, banka müraciətlərin sayının artması və müştərilərin arzusu nəzərə alınmaqla kampaniya iyunun 14-ədək davam etdiriləcək.
Ölkə vətəndaşları kampaniya çərçivəsində Azər Türk Bankdan zaminsiz 10.000 AZN-dək, zaminlə 20.000 AZN-dək, 3 aydan 36 ay müddətinə kredit əldə edə bilərlər. Kreditin illik faiz dərəcəsi 18%-dən başlayır. Kredit üzrə xidmət haqqı sadəcə 1% təşkil edir.
Bu barədə daha ətraflı məlumatı http://azerturkbank.az/campaigns/28-may/ saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.