...

Azərbaycan Aİ ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracını artırmaq istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2018 15:56 (UTC +04:00)
Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracının genişləndirilməsinə istiqamətlənib.
Azərbaycan Aİ ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracını artırmaq istəyir

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracının genişləndirilməsinə istiqamətlənib.

Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən IV Aİ-Azərbaycan biznes-forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanla Aİ ölkələri arasında əmtəə dövriyyəsinin böyük həcminə baxmayaraq, onun kiçik hissəsi kənd təsərrüfatı məhsullarının payına düşür:

"Ötən ilin yekunu üzrə Azərbaycan Avropa İttifaqına 7,4 milyard dollar dəyərində məhsul ixrac edib, 1,9 milyard dollar idxal edib. Bununla belə, kənd təsərrüfatı məhsullarının dövriyyəsi çox aşağı səviyyədədir. Bu göstəricinin artırılması bizim strateji hədəfimizdir".

İ.Kərimov qeyd edib ki, ötən ilin yekunu üzrə Azərbaycanın kənd təsərrüfatı sahəsi 4,2 faiz artıb, onun ÜDM-dəki payı isə 5,6 faiz təşkil edib:

"Eyni zamanda, kənd təsərrüfatı məhsullarının ixracı ötən il 39,8 faiz artıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti