Bakı. Trend:
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC Bərə terminalının 1 və 2 saylı qaldırıcı-keçirici dəmir yolu körpülərinin müayinəsinin açıq müsabiqə üsulu ilə satınalınmasını elan edir.
QSC-dən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 11 iyun 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş ikiqat zərfdə 13 iyun 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 14 mart 2018-cı il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
Müsabiqədə iştirak etmək istəyənlər açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:
Əlaqə telefonları: (012) 498-91-84; (012) 599-00-03 (1401)