...

“Seniour Expert Services” təşkilatının eksperti Bakıya səfər edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2018 17:20 (UTC +04:00)
Səfərin məqsədi BBF-də olan startaplarla fərdi və qrup şəklində görüşlər keçirmək, onlarla Almaniya təcrübəsini paylaşmaqdır.
“Seniour Expert Services” təşkilatının eksperti Bakıya səfər edib (FOTO)

Bakı. Trend:

“Baku Business Factory”nin Alman Azərbaycan Xarici Ticarət Palatasına (AHK) yazılı müraciəti əsasında qurumun əməkdaşlıq etdiyi “Seniour Expert Services” (SES) təşkilatının eksperti xanım Qabi Himsos (Gabi Heimsos) Bakıda 3 həftəlik işgüzar səfərdədir.

Trend-in məlumatına görə, səfərin məqsədi BBF-də olan startaplarla fərdi və qrup şəklində görüşlər keçirmək, onlarla Almaniya təcrübəsini paylaşmaq və startapların alman şirkətləri ilə əlaqələrinin yaradılmasına kömək göstərməkdir.

Bununla yanaşı, qonaq Almaniyada əməkdaşlıq etdiyi biznes inkubasiya mərkəzləri ilə BBF arasında əlaqə yaratmaqla onun rezidentlərinin Almaniya bazarına daxil olmasına yardım edəcək.

Xatırladaq ki, Q.Himsosun uzun illər Almaniyanın "Wirtschaftsförderung" biznesin inkişafı xidmətləri mərkəzində startap üçün biznesin yaradılması, inkişaf etdirilməsi və maliyyənin idarə edilməsi üzrə məsləhətçi kimi fəaliyyət göstərməklə 150–dən çox startapın ideyadan orta sahibkara çevrilməsində, eyni zamanda investorlarla əlaqə yaratmaqla bizneslərin maliyyələşdirilməsində böyük xidmətləri olub. Onun əsas ixtisaslaşmış təcrübə sahələri biznesin ideyadan kiçik və orta sahibkarlığa doğru yaradılması, davamlılığının təmin olunması və inkişaf etdirilməsi, ticarət, iqtisadi məsləhətlər, mühasibatlıq, maliyyələşmə, vergi, kadr idarəçiliyi, əmlak agentliyi və onun idarə edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti