...

Elman Rüstəmov: Azərbaycanın reytinqlərin yaxşılaşdırılması üçün potensialı var

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2018 13:30 (UTC +04:00)
Azərbaycan beynəlxalq reytinqlərin artırılması üzərində işini davam etdirəcək
Elman Rüstəmov: Azərbaycanın reytinqlərin yaxşılaşdırılması üçün potensialı var

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycan beynəlxalq reytinqlərin artırılması üzərində işini davam etdirəcək.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.

O deyib: “Biz hesab edirik ki, beynəlxalq reytinq agentlikləri ölkənin milli iqtisadiyyatındakı vəziyyəti tam düzgün və obyektiv qiymətləndirmir. Amma digər tərəfdən, demək istəyirəm ki, bu reytinqlərdə irəliləmək üçün bizim potensialımız var və biz ondan istifadə etməliyik”.

E.Rüstəmovun sözlərinə görə, bu istiqamətdə həm Mərkəzi Bank tərəfindən, həm də hökumət tərəfindən iş aparılır:

“Hesab edirik ki, bu Azərbaycanın reytinqinin getdikcə yaxşılaşmasına və onun investisiya reytinqinin bərpa olunmasına xidmət edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti