...

“Azərsun Kənd Təsərrüfatı Məhsulları” müəssisəsinə media tur təşkil edilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2018 20:28 (UTC +04:00)
“Azərsun Holdinq” ölkənin aparıcı KİV nümayəndələri üçün Azərbaycanın ilk müasir kənd təsərrüfatı kompleksinə media tur təşkil edilib.
“Azərsun Kənd Təsərrüfatı Məhsulları” müəssisəsinə media tur təşkil edilib (FOTO)

Bakı. Trend:

“Azərsun Holdinq” ölkənin aparıcı KİV nümayəndələri üçün Azərbaycanın ilk müasir kənd təsərrüfatı kompleksinə media tur təşkil edilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, artıq 12 ildir ki, uğurla fəaliyyət göstərən “Azərsun Kənd Təsərrüfatı Məhsulları” müəssisəsi 4500 hektar ərazini əhatə edir. İllərdir həm ölkəmizdə həm də xaricdə istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan “Bizim Tarla” markasının hazırlandığı məhsullar məhz bu sahələrdə yetişdirilir. Daha sonra yetişdirilən məhsullar təravətini itirmədən kənd təsərrüfatı kompleksinin nəzdində fəaliyyət göstərən Biləsuvar Konserv Zavoduna göndərilərək emal edilir. Kompleksdə həmçinin heyvandarlıq fermaları qurulub ki, burada iri və xırda buynuzlu heyvanlar yetişdirilir.

Müəssisəyə dəvət olunan media mənsublarına bu ərazilərin əvvəl əkinə tamamilə yararsız olduğu bildirilib. “Azərsun Holdinq” tərəfindən rekultivasiya işləri aparılaraq drenaj xəttləri çəkilib və ən müasir aqrotexniki avadanlıqların Azərbaycanda ilk dəfə istifadə olunaraq bu sahələrdən yüksək məhsuldarlıq əldə edilib. Media turda iştirak edən jurnalistlər “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozalın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının sədri seçilməsinin bu sahəyə müsbət təsir edəcəyini bildiriblər. Adıçəkilən Şirkətlər Qrupunun kənd təsərrüfatı sahəsindəki təcrübəsindən, innovativ idarəçilik üsulundan digər sahibkarlar və fermerlərin də yararlanaraq böyük uğurlar qazana biləcəyi qeyd olunub.

“Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov jurnalistlərin suallarını cavablandırarkən bu müəssisənin fəaliyyəti nəticəsində mövsümdə 2 mindən artıq insanın işlə təmin olunduğunu və yarandığı gündən ətraf ərazilərdə yaşayan insanların sosial-rifah halının yüksəlməsində müstəsna rol oynadığını bildirib.

O, “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozalın kənd təsərrüfatı sahəsində bilik və təcrübəsinin bu uğurlu nəticələrin əldə olunmasında bilavasitə rol oynadığını qeyd etdi. Həmçinin Şirkət rəhbərinin yerli kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsi və müasir aqrotexniki vasitələrin istifadəsini düzgün koordinasiya etməsi bu uğurlu nəticələrin əldə olunmasına mühüm töhfə verdiyi bildirildi. Daha sonra jurnalistlərin suallarını cavablandıran bitkilərin qorunması üzrə mütəxəssis Nazifə Söyləməz kənd təsərrüfatı məhsullarına qulluğun, onların vaxtında zəruri dərmanlarla təmin edilməsinin vacibliyindən danışıb və bu işlərin xüsusi əhəmiyyətindən danışıb. Mütəxəssis bildirib ki, bu məsələyə kənd təsərrüfatı ilə məşğul olan bütün fermerlərin çox həssas yanaşmalıdır, çünki bəzən kiminsə bu işə məsuliyyətsiz yanaşmasının digər kənd təsərrüfatı komplekslərində yetişdirilən məhsullara zərər verə bilir. Nazifə Söyləməzin sözlərinə görə, “Azərsun Holdinq” məhsulların sağlamlığının və təbiiliyinin qorunması üçün ən müasir üsullardan istifadə edir. Yetişdirilən məhsulların gübrə tələbatı da burada qurulmuş gübrə istehsalı müəssisəsi hesabına təmin olunur.

“Azərsun Kənd Təsərrüfatı Məhsulları”nın digər mütəxəssisi Bəstiyar Səfərov isə müəssisənin Global Gap və digər dünyada böyük nüfuza malik sertifikatlara sahib olduğunu və hər il bu sertifikatların yenilənməsi istiqamətində zəruri addımların atıldığını bildirdi.

Müəssisəni ziyarət edən jurnalistlər əkin sahələrini gəzərək bütün proseslərlə əyani olaraq tanış oldular və keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin olunduğuna şahid oldular.

Gəzinti zamanı media mənsublarına kənd təsərrüfatı kompleksinin nəzdində fəaliyyət göstərən qoyunçuluq və maldarlıq fermaları da nümayiş etdirilərək, məlumat verildi. Burada bəslənən ətlik heyvanlara yüksək səviyyədə qulluq edildiyini bildirən mütəxəssis Elvin Sadıqlı əldə olunan ət məhsullarının əsasən “Bazarstore” super marketlər şəbəkəsində satışa çıxarıldığını bildirdi.

Qeyd edək ki, keyfiyyətə nəzarətə və müştəri məmnuniyyətinə xüsusi həssaslıqla yanaşan “Azərsun Holdinq” mütəmadi olaraq istehsal müəssisələrinə jurnalistlər üçün media turlar və istehlakçılar üçün “açıq qapı” günləri təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti