...

Mərkəzi Bank: Azərbaycanda nağd pul dövriyyəsi xeyli azalacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2018 14:18 (UTC +04:00)
Yaxın 3 ildə Azərbaycanda nağdsız ödənişlərin dövriyyəsi 17 milyard manata çatacaq.
Mərkəzi Bank: Azərbaycanda nağd pul dövriyyəsi xeyli azalacaq

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanda nağdsız ödənişlərin dövriyyəsi 17 milyard manata çatacaq.

Trend-in məlumatına görə, bunu energetika və İKT üzrə Azərbaycan-Almaniya biznes-forumunda Mərkəzi Bankın İnformasiya texnologiyaları departamentinin direktoru Fərid Osmanov deyib:

Fərid Osmanov bildirib: "Dövlət Proqramının icrasından əldə olunacaq nəticələr üzrə indikativ göstəricilər müəyyən olunub. Qiymətləndirmələrə görə, nağdsız ödənişlərin illik həcmi təqribən 17 mlrd. manat artacaq. Bu isə nağdsız ödənişlərin payının hər il 7% artmasına imkan verəcək. Nəticədə, bütövlükdə iqtisadi dövriyyələrdə nağd ödənişlərin payı 74%-dən 40%-ə qədər azalacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti