...

Azərbaycan hökuməti iqtsadi artım üzrə proqnozları yaxşılaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2018 18:31 (UTC +04:00)
Azərbaycan hökuməti 2019-cu ildə ümumi daxili məhsulun 3,6 faiz səviyyəsində artacağını proqnozlaşdırır
Azərbaycan hökuməti iqtsadi artım üzrə proqnozları yaxşılaşdırıb

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan hökuməti 2019-cu ildə ümumi daxili məhsulun 3,6 faiz səviyyəsində artacağını proqnozlaşdırır.

Trend-in məlumatına görə, bu barədə “2019-cu il üçün Azərbaycanın dövlət büdcəsi haqqında” qanun layihəsində deyilir.

Daha əvvəl bu göstərici 3,1 faiz səviyyəsində proqnozlaşdırılırdı.

2020-ci ildə ÜDM-in 3,8 faiz (əvvəlki proqnoz 3,5 faiz), 2021-ci ildə 3 faiz (əvvəlki proqnoz 2,4 faiz) artımı proqnozlaşdırılır. 2018-ci il üçün proqnoz 2 faiz səviyyəsində dəyişməz qalıb.

Azərbaycan hökumətinin 2018-2022-ci illər üzrə ÜDM proqnozları:

2018

2019

2020

2021

2022

Cari proqnoz

Nominal ÜDM (milyard manatla)

70,2

81,9

87,4

93

98,9

ÜDM-in real artım tempi (%)

2

3,6

3,8

3

2,7

Əvvəlki proqnoz

Nominal ÜDM (milyard manatla)

74,65

75,4

81,25

84,97

-

ÜDM-in real artım tempi (%)

2,0

3,1

3,5

2,4

-

Qeyri-neft sektoru üzrə 2018-ci ildə 3,4 faiz, 2019-cu ildə 3,9 faiz, 2020-ci ildə 3,8 faiz, 2021-ci ildə 4,6 faiz və 2022-ci ildə 3,6 faiz artım gözlənilir.

Neft sektoru bu il gözlənilən 0,3 faiz azalmaya baxmayaraq gələcək illərdə artım nümayiş etdirəcək. Bu sektorda 2019-cu ildə 3,1 faiz, 2020-ci ildə 3,8 faiz, 2021-ci ildə 3,6 faiz və 2022-ci ildə 1,3 faiz artım proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti