...

Azərbaycanda sahibkarlara dövlət dəstəyi mexanizmi modernləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2019 18:51 (UTC +04:00)
İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında ticarətin asanlaşdırılması barədə Anlaşma Memorandumu imzalanıb
Azərbaycanda sahibkarlara dövlət dəstəyi mexanizmi modernləşdirilir

Bakı. Sara İsrafilbəyova - Trend:

İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında ticarətin asanlaşdırılması barədə Anlaşma Memorandumu imzalanıb.

Trend-in məlumatına görə, sənədi bu gün "Azərbaycan Respublikasının regionlarının 2014-2018 -ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfrans çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev imzalayıb.

Sənəddə ticarətin asanlaşdırılması istiqamətində birgə tədbirlərin görülməsi, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi və iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, xarici ticarət iştirakçılarına əlverişli biznes mühitinin yaradılması, idxal-ixrac əməliyyatlarının optimallaşdırılması və digər sahələr üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti