...

Azərbaycan neft tankerləri donanmasını genişləndirir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2019 13:20 (UTC +04:00)
“Bakı Gəmiqayırma Zavodu” MMC “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” üçün daha iki tanker inşa edəcək
Azərbaycan neft tankerləri donanmasını genişləndirir (FOTO)

Bakı. Azad Həsənli, Zaur Mustafayev - Trend:

“Bakı Gəmiqayırma Zavodu” MMC “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” üçün daha iki tanker inşa edəcək.

Trend-in məlumatına görə, bu barədə müvafiq müqaviləni “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədri Rauf Vəliyev və MMC-nin icraçı direktoru İmanverdi Həsənov imzalayıb.

Qeyd edək ki, bu gəmilərin də uzunluğu bu gün suya buraxılmış “Laçın” tankeri kimi 141 metr, eni 16,9 metr, hündürlüyü isə 6 metr olacaq. Dedveyti dənizdə 7 884 ton və çayda 5 455 ton təşkil edəcək. Tankerlər saatda 10 dəniz düyünü sürətlə hərəkət edəcək və ümumi tutumu 9 190 kubmetr olan altı yük tankına malik olacaq.

Məlumat üçün bildirək ki, son 5 ildə 20 müxtəlif təyinatlı gəmi alınaraq istismara verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti