Bakı. Hüseyn Vəliyev - Trend:
Cocuq Mərcanlı kəndində məşğulluğun artırılmasına yönəlmiş kənd təsərrüfatı layihələri reallaşdırılır.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
O bildirib ki, söhbət istixanaların yaradılması, arı ailələrinin paylanması, balın qablaşdırılması layihəsi, yem emalı üzrə kiçik sexin, suvenir istehsalı müəssisəsinin tikintisi layihələrindən gedir:
“Bütün görülən işlər kənd əhalisinin məşğulluğunun təmin olunmasına yönəlib və daha vacibi odur ki, istehsal olunan məhsullar Cocuq Mərcanlı loqotipini daşıyacaq”.