...

Azərbaycanda aqrar iqtisadiyyat dəyişir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2020 12:11 (UTC +04:00)
Aqrar sektorda qadınların rolunu unutmaq lazım deyil
Azərbaycanda aqrar iqtisadiyyat dəyişir

Bakı. Eldar Canaşvili - Trend:

Azərbaycanda aqrar iqtisadiyyat dəyişir, bu baxımdan bu sektorda qadınların rolunu unutmaq lazım deyil və onları bu prosesin tamhüquqlu hissəsinə çevirmək lazımdır.

Trend-in məlumatına görə, bunu FAO Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin proqramlar üzrə mütəxəssisi Kaan Başaran Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanla əməkdaşlıq proqramının birinci seminarı zamanı deyib.

Onun sözlərinə əsasən, qadınlar ölkə əhalisinin yarısının təşkil edir, lakin onların iqtisadi potensialının tam istifadə olunmaması ilə bağlı qadınların bazarda fəaliyyəti azlıq təşkil edir.

K.Başaran deyib ki, onun təmsil etdiyi qurumun məqsədi ərzaq məhsullarının tədarükünün dayanıqlı halqasını təmin etməkdir:

“Bu gün reallaşdırılan layihə Azərbaycanda qadınların məşğulluğunun, kənd təsərrüfatında rolunun artmasına xidmət edəcək. Qadınların kənd təsərrüfatında fəaliyyəti bu sahənin inkişafına kömək edəcək. Kənd regionlarında qadınların gəlirlərinin artması ailə institutunun inkişafına və möhkəmlənməsinə də gətirib çıxaracaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti