Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev: “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”

Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev: “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar
atılır”

Bakı. Trend:

Son günlər COVİD-19 virusunun yayılması səbəbindən dünyanın bir çox ölkələrində qeyri-sabit vəziyyət hökm sürür. İqtisadiyyatın bir çox sahələri kimi bank-maliyyə sektoru da asan olmayan günlərini yaşayır. Azərbaycanın bank sektorundakı cari vəziyyəti, atılan addımları və gələcək planları Kapital Bank-ın İdarə Heyətinin sədri, Rövşən Allahverdiyev şərh edib.

- Rövşən müəllim, bütün dünyada iqtisadi artım templəri səngiyib. Pandemiyanın təsiri altında enerji və səhm bazarlarında durğunluq yaranıb, dünya ölkələrində iqtisadi və maliyyə böhranı müşahidə edilir. Bu proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərməkdədir. Firkinizcə, hazırda hansı addımlar atılmalıdır?

- Bildiyiniz kimi ölkə prezidenti tərəfindən 19 mart 2020-ci il tarixində koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı İşçi Qrup yaradılıb. İşçi Qrupun yaradılmasından cəmi 2 həftəyə yaxın bir müddətin keçməsinə baxmayaraq, artıq müəyyən addımlar atılıb və vəziyyətin mənfi tərəflərinin azaldılması istiqamətində bir sıra qərarlar qəbul olunub. Hökumət məşğulluğun, maliyyə-bank sektorunun sağlamlığının qorunmasına, iqtisadi artımı yenidən bərpa etmək üçün gələcək addımlarla bağlı çevikliyin saxlanılmasına çalışır. Bunu öz çıxışında İqtisadiyyat Naziri, sözügedən İşçi Qrupun rəhbəri, cənab Mikayıl Cabbarov bildirib.

Hazırda dövlət dəstəyinin göstəriləməsi üçün 10 proqram hazırlanıb. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Həmin fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr müəyyən edilib. Dövlət tərəfindən 2,5 milyard manat məbləğində dövlət dəstəyinin ayrılması ən diqqətçəkən məqamlardandır. Qeyd edim ki, nə bizim regionda, nə də MDB dövlətləri arasında iqtisadiyyatının həcminə nisbətdə (ÜDM-in 3 faizi) belə həcmli dövlət dəstəyi ayrılmayıb.

Bundan başqa, 300 mindən artıq işçinin əmək haqqısının bir hissəsinin dövlət tərəfindən ödənilməsi, 292 min sahibkara iş yerinin qorunması ilə maliyyə yardımının göstəriləməsi, biznes sahəsinə vergi güzəştlərinin və sahibkarların bank kreditlərinə imtiyazların verilməsi, ipoteka kreditlərinin dəstəklənməsi və ən mühüm də şəffaf işləyən sahibkarlara kömək edilməsi diqqət çəkən məqamlardandır.
Kapital Bank da ölkədə bank sektoru ilə yanaşı, özəl sektorda ən çox işəgötürən şirkət kimi tanınır. Hazırda bizim 3500 nəfərə yaxın əməkdaşımız vardır. Xüsusi vurğulamaq istərdim ki, Bank tərəfindən əməkdaşlar və məvaciblərlə bağlı heç bir ixtisar və ya məhdudiyyətlər nəzərdə tutulmayıb. Diqqət çəkən məqamlardan biri də İşçi Qrupunun əhalinin vəziyyətinin dəstəklənməsinə yönəlik müavinət, sosial yardım və s. kimi sosial paketlər üçün hazırladığı xüsusi proqramdır. Bu proqram çərçivəsində sosial baxımdan həssas əhali təbəqəsinə aid edilən tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi, əhalinin kommunal ödənişlərinə güzəştli limitlərin tətbiqi kimi tədbirlər həyata keçiriləcəkdir. Bu da dövlətin hər bir vətəndaşa olan qayğısını təcəssüm etdirir.

Bütün atılan addımlar bir daha sübut edir ki, dövlətimiz tərəfindən hadisələr hərtərəfli təhlil edilir, baş verə biləcək proseslər proqnozlaşdırılır və onların aradan qaldırılması üçün bütün zəruri addımlar atılır.

- Xüsusi karantin rejimi çərçivəsində olan qadağalar günü-gündən sərtləşdirilir və insanların gündəlik sosial-iqtisadi həyatına təsir göstərir. Bank sektorunda hazırda vəziyyət nə yerdədir?

- Təbii ki, iqtisadiyyatın bütün sahələri kimi bank sektoru da asan olmayan şəraitdə işləməli və müştəriləri dəstəkləmək üçün müəyyən addımlar atmalıdır. Bildiyiniz kimi, insanların qapalı yerlərdə kütləvi toplanmağını minimuma endirmək üçün ölkəmizdə bütün lazımi tədbirlər həyata keçirilir. Ölkə prezidentinin göstərişləri və Mərkəzi Bankın bir sıra tövsiyələri nəzərə alınmaqla hazırda bank filialları tam iş rejimi ilə, bütün təhlükəsizlik qaydalarına əməl etməklə müştərilərə xidmət göstərir. Kommersiya bankları əlindən gələni edir ki, bu asan olmayan zamanda müştərilərin bank əməliyyatlarını asanlaşdıraraq, onların tələbatlarını ödəsinlər. Əgər 1-2 ay əvvəlki dövrə qədər banklar yeni müştərilər cəlb etmək uğrunda “mübarizə” aparırdılarsa, hazırda banklar mövcud müştərilərin dəstəklənməsi, sahibkarlara endirim və güzəştlərin təqdim edilməsi, müştərilərin banka fiziki müraciətlərinin sayının azaldılması istiqamətində fəaliyyət göstərir. Burada xüsusi olaraq qeyd etmək istərdim ki, Kapital Bank müştərilərinin arasında təqaüdçülər də az deyil. Təbii ki, biz onları da yaddan çıxara bilməzdik. Hazırda yaşı 65-dən yuxarı olan və ilk dəfə pensiya kartı alan müştərilərin kartları onların yaşadıqları ünvana çatdırılır. Həmçinin, təqaüd kartlarının vaxtı bitmiş mövcud müştərilərin kartlarının istifadə müddəti növbəti 3 aya uzadılmışdır.

- Kapital Bank ölkənin ən iri banklarından biridir. Həm kredit portfeli, həm əhatə dairəsinə görə digər banklardan fərqlənir. Bəs, Siz mövcud vəziyyətdə hansı addımları atmağı planlaşdırırsınız?

- Kapital Bank ölkənin bütün regionlarında təmsil olunaraq 115 xidmət nöqtəsi ilə ən böyük şəbəkəyə malik bankdır. Tərəfimizdən istehlak kreditləri ilə yanaşı ipoteka, kiçik və orta sahibkarlıq, biznes və s. kreditlər də verilir. 1 aprel 2020-ci il tarixinə istehlak kreditləri portfelimiz 1,4 milyard manat, hüquqi şəxslərə verilən kreditlər 640 milyon manat, ipoteka portfelimiz isə 57 milyon manat təşkil edir.
Hazırda ən çox zərər çəkən sahələrdən biri mikro və kiçik sahibkarlıqdır. Dövlət dəstək proqramı çərçivəsində bu sahəyə böyük diqqət ayırıb. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramının icrasına yarım milyard manat vəsait ayrılıb. Həmçinin 15%-lə verilən bu kredit faizlərinin yarısı, daha dəqiq desək 7,5%-i dövlət tərəfindən ödəniləcəkdir. Biz də sistem əhəmiyyətli bank olaraq bu cür tədbirləri dəstəkləyirik və həm sahibkar, həm hüquqi şəxs olan müştərilərimizə güzəştlər etməyə hazırıq.

Qeyd edim ki, son illər ərzində, xüsusən də indiki şəraitdə dövlət tərəfindən dəstəklənən əsas istiqamətlərdən biri ipoteka kreditləşməsidir. Bu sahə Kapital Bank üçün də strateji prioritet istiqamətlərdən biridir. Belə ki, ilin əvvəlində bankımıza İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ayrılan 10 milyon manat vəsaitin demək olar ki, yarısı artıq istifadə olunub və əlavə olaraq, cari strateji dövr üçün Kapital Bank tərəfindən 100 milyon manat məbləğində kommersiya ipotekasının verilməsi də nəzərdə tutulub. Artıq bununla bağlı bəzi partnyor şirkətlərlə əməkdaşlıq müqavilələri imzalanıb.

Bir məsələni də vurğulayım ki, ölkə prezidenti İlham Əliyevin regionlarda vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı tövsiyələrini rəhbər tutaraq, regionlar üzrə insanların mənzilə olan tələbatını ödəmək üçün Bank tərəfindən sosial yönümlü ipoteka məhsulu da hazırlanıb. Yaxın zamanda bu məhsulun satışına başlanılacaqdır. Həmçinin qeyd edim ki, İşçi Qrupunun hazırladığı tədbirlər planı çərçivəsində ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi göstərilməsi üçün də əlavə vəsait ayrılacaq. Buna istinadən biz də öhdəmizə düşən lazımi addımları atmağa hazırıq.

Heydər Əliyev Fondu artıq bir xeyirxahlıq ünvanı, ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb - Qənirə Paşayeva
Heydər Əliyev Fondu artıq bir xeyirxahlıq ünvanı, ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb - Qənirə Paşayeva
Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib
Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib
Milli Məclis deputatların maaşı ilə bağlı məsələyə aydınlıq gətirdi
Milli Məclis deputatların maaşı ilə bağlı məsələyə aydınlıq gətirdi
Loading Bars
Xəbər lenti
Heydər Əliyev Fondu artıq bir xeyirxahlıq ünvanı, ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb - Qənirə Paşayeva
Abşeron sakini qaçırdığı avtomobillə birgə saxlanıldı
ADU-nun Konfutsi İnstitutu həkimlərə dəstək layihəsi keçirir
Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66 faiz artıb
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi dünyasını dəyişib
Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib
Binəqədidə əl qumbarası tapılıb (FOTO)
ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub (FOTO)
Ombudsmanın Quba Regional Mərkəzi videokonfrans vasitəsilə maarifləndirici tədbir keçirib
Milli Məclis deputatların maaşı ilə bağlı məsələyə aydınlıq gətirdi
Dağlıq Qarabağda keçirilmiş saxta "seçkilər"lə bağlı BTM-nin Baş katibinə məktub ünvanlanıb
Beynəlxalq Muğam Mərkəzindən “Muğam ustadları” layihəsi unudulmaz pedaqoq Nəriman Əliyevə həsr olunub
Hava dəyişkənliyi necə baş verir? - Umayra Tağıyeva açıqladı
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
Rusiya nəşri Paşinyanın hitlerçi babası ilə bağlı qalmaqaldan yazıb
Çimərlik və su istirahət mərkəzlərinin fəaliyyətinə qoyulan YENİ TƏLƏBLƏR açıqlanıb
Qəbələ sakinindən silah götürülüb
AKƏM tərəfindən keçirilən aksiyalarda AFFA-nın 200 könüllüsü aktiv şəkildə iştirak edib (FOTO)
İranda koronavirusa yoluxanların sayı 140 minə çatıb
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyev haqqında özbək dilində bölmə yaradılıb (FOTO)
Gəncədə avtomobil kanalizasiya quyusuna düşüb, ölən var
“The Jerusalem Post” Azərbaycan müxalifətindəki gey qalmaqalından yazdı
BNA və Baş Polis İdarəsi birgə əhalini maarifləndirmə tədbirlərinə başlayıb (FOTO)
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Sabah 32 dərəcə isti olacaq
Afət Həsənova: Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara riayət etmək mütləqdir
DYP 5 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı
Çin Marsa ilk missiyasını göndərməyi planlaşdırır
Mingəçevir Dövlət Universitetində sığorta mövzusunda təlim keçirilib (FOTO)
Rusiyada ötən gün 9 minə yaxın koronavirusa yoluxma qeydə alınıb
Rabitəbank Ramazan bayramında aztəmaninatlı tənha yaşayan ahılları sevindirdi
Bərdədə istifadəyə yararsız ət aşkar edilib
Xarici və yerli mütəxəssislər dünyada və Azərbaycanda Qonaqpərvərlik sektorunun COVID-19-dan sonra bərpasını müzakirə etdilər (FOTO)
"Performance Center" şirkəti ölkəyə daha 2 beynəlxalq avtomobil markasını gətirir! (VİDEO)
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən AÇIQLAMA
ÜST malyariya dərmanının koronavirusa qarşı vasitə kimi sınaqlarını dayandırıb
Gəncədə törədilən qətllə bağlı cinayət işi başlanılıb
Sumqayıtda ağır qəzada 4 hərbçi dünyasını dəyişib (FOTO) (ƏLAVƏ OLUNUB-2)
Azərbaycan XİN Gürcüstanı təbrik edib
Moldovada beynəlxalq avtobus və dəmiryolu nəqliyyatının hərəkətinə qadağa götürülüb
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb
Naqif Həmzəyev: Ölkəmizdə yeni texnologiyaların tətbiqi yeni uğurlar deməkdir
Ermənistanda koronavirusa yoluxanların sayı 7 400 nəfəri keçib
Rauf Əliyev: 28 May Respublika Günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir
Astarada narkotik satan şəxslər saxlanılıb
Bu gün havanın temperaturu iqlim normasından aşağı olub - FAKTİKİ HAVA
"Wood Mackenzie": Azəri-Çıraq-Günəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır
Zəlzələ İranın tarixi abidələrinə ziyan vurub
Yaponiyalı həkimlər: Tibbi maskalar körpələr üçün təhlükəlidir
Azərbaycanda avtomobil benzininin istehsalı artıb
Qohumunun evindən oğurluq edən qadın saxlanılıb
Azərbaycanda sənaye istehsalının həcmi artıb
Rusiyada helikopter sərt eniş edib: Həlak olanlar var
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub
Türkiyə televiziyası Azərbaycanın 28 May Respublika Gününü təntənə ilə qeyd edəcək (VIDEO)
Bakıda bağ evlərinin icarə qiymətləri artacaq - PROQNOZ
Almaniya hökuməti "Lufthansa"ya 9 milyard avroluq dəstək verəcək
Çində ötən sutka ərzində koronavirusa 7 yoluxma halı qeydə alınıb
Yeni Zelandiyada zəlzələ olub
ABŞ Brazilyadan gələnlərə giriş qadağasını iki gün tez tətbiq edib
Braziliyada sutka ərzində 807 nəfər koronavirusun qurbanı olub
Kaliforniyada dini mərasimlərin keçirilməsinə icazə verilir
"Virgin Orbit" şirkətinin raket-daşıyıcısının ilk sınağı uğursuz keçdi
Britaniyada bəzi mağazalar açılır
İbrahimoviç məşq zamanı zədə alıb
Moskvada koronavirusdan daha 76 nəfər dünyasını dəyişib
ÜST: Son sutkada dünyada 100 264 koronavirusa yoluxma halı qeydə alınıb
Gəncədə minik avtomobili quyuya düşüb, ölən var
Yaponiyanın kosmik yük daşıyıcısı Beynəlxalq Kosmik Stansiyası ilə birləşib
Misirin Dağlıq Qarabağda qondarma “seçkiləri” tanımaması Azərbaycan icması tərəfindən yüksək qiymətləndirilib
Balakənə dolu düşüb
Alternativ enerjinin alternativi yoxdur
Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdə davam edir
Türkiyədə son sutkada koronavirusdan 1 321 nəfər sağalıb
Azərbaycan Prezidenti: Gərək biz bütün şəhərlərimizdə texnika ilə təchizatı yüksək səviyyəyə qaldıraq
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
ÜST koronavirusun müalicəsi üçün nəzərdə tutulan maddələrin sınaqlarını dayandırıb
Habil Qurbanov: Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövr tariximizin ən şanlı dövrlərindən biridir
Qazaxda yaşayış binasında yanğın olub
İsraildə teatrlar və konsert salonları iyunda açılacaq
Ölkədə olan faktiki hava şəraiti açıqlanıb
Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
Tahir Rzayev: Karantinlə bağlı təlimatlara əməl etməyənlər barəsində ciddi inzibati tədbirlər görülməlidir
Azərbaycan könüllülərindən bayram sovqatı (FOTO)
Əlahiddə Ümumqoşun Orduda kəşfiyyatçılar arasında yarışlar keçirilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda tikilən çoxmənzilli binalarda yaradılan şəraitlə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda inşa olunan körpələr-evi uşaq bağçasının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Şamaxının icra başçısı karantinə alınması ilə bağlı açıqlama verib
Biləsuvar sakini həmyerlisinin qoyunlarını oğurlayıb
Xırdalan şəhər sakininə qarşı quldurluq edən iki qardaş saxlanılıb
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 2 nəfər öldü
17 kiloqramdan çox narkotik vasitəni onlayn yolla satmaq istəyən qardaşlar saxlanıldı (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfərə gəliblər (FOTO/VIDEO)
Ət və ət məhsullarının faydası və zərərli xüsusiyyətləri
Vətəndaşlar Prezidentə yazırlar: Belə bir çətin zamanda ölkəmizdə islahatların davam etdirilməsi bizi çox sevindirir
Şamaxıda iki nəfər hündürlükdən yıxılıb, biri ölüb
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Bütün xəbərlər