...

Azərbaycan trans-sərhəd yükdaşımaları sahəsində əməkdaşlığı genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2020 11:21 (UTC +04:00)
Azərbaycanla Yaponiyanın əməkdaşlığı Trans-Sibir nəqliyyat dəhlizi potensialı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun sinergiyası çərçivəsində icra olunur
Azərbaycan trans-sərhəd yükdaşımaları sahəsində əməkdaşlığı genişləndirir

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycanla Yaponiyanın əməkdaşlığı Trans-Sibir nəqliyyat dəhlizi potensialı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun sinergiyası çərçivəsində icra olunur.

Bunu Trend-ə “ADY Express”in mətbuat xidmətinin rəhbəri İlham Abdulov deyib.

Onun sözlərinə görə, 2019-cu il aprelin 26-da Çində “Bir kəmər, bir yol” konfransı çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü zamanı -Tbilisi-Qars dəmir yolu ilə Trans-Sibir nəqliyyat dəhlizinin potensiallarının sinergiyası müzakirə olunub. Daha sonra “Azərbaycan Dəmir Yolları” QSC, “Rusiya Dəmir Yolları” ASC və Trans-Sibir Nəqliyyat Koordinasiya Şurasının rəhbərliklərinin görüşü baş tutub. 2019-cu il sentyabrın 19-da Sibir Nəqliyyat Koordinasiya Şurasının Nur-Sultanda keçirilmiş plenar iclasında “Azərbaycan Dəmir Yolları” şuranın tamhüquqlu üzvü seçilib. Azərbaycan şuraya daxil olduqdan sonra dəhliz üzrə yükdaşımaların coğrafiyası genişləndiyi üçün qurumun adı Trans-Avrasiya Nəqliyyat Koordinasiya Şurası olaraq dəyişdirilib:

“2019-cu il noyabrın 25-də Azərbaycan və Yaponiya arasında İqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının onuncu iclası çərçivəsində “Azərbaycan Dəmir Yolları”, “ADY Express” və “ADY Container”in rəhbərlikləri Yaponiyada 10-dan çox iri logistika şirkəti və yüksalma yerlərinə baş şəkib. Eyni zamanda azərbaycanlı nümayəndə heyəti Yaponiyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinin və Yaponiya Ekspeditorlar Assosiasiyasının nümayəndələri ilə səmərəli görüşlər keçirib. Danışıqlar Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə və Azərbaycanın Trans-Sibir Nəqliyyat Koordinasiya Şurasında üzvlüyünə, eləcə də Yaponiya, Rusiya, Azərbaycan, Gürcüstan-Türkiyə-Avropa marşrutu üzrə yük nəqlinə həsr olunmuşdu”.

İ.Abdulov bildirib ki, bunu davamı olaraq 2019-cu il dekabrın 10-11-də Moskvada Azərbaycan və Rusiya dəmir yolu qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilmiş görüş zamanı Asiya-Sakit okean regionundan, eləcə də Yaponiyadan yüklərin Azərbaycanın marşrutları vasitəsilə daşınması üzrə fəaliyyət planı müzakirə olunmuşdu:

“İtaliya, Macarıstan və Çexiya arasında əməkdaşlıq Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində reallaşdırılır. Eyni zamanda ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi imkanlarımızı daha dan genişləndirdi. Prezident İlham Əliyevin təşəbbüsü olan Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanı dünya nəqliyyat sistemində aparıcı ölkəyə çevirib. Hazırda “Azərbaycan Dəmir Yolları” Bakı-Tbilisi-Qars dəmir yolunun potensialından tam istifadə olunması üzərində işləyir. Rusiyanın iki iri müəssisəsi, Maqnitoqorsk Metallurgiya Zavodu və “Yevraz” şirkətinin yükləri Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınır. Bundan başqa, Rusiyadan Türkiyəyə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə taxıl daşınıb. Çindən Avropaya (Çexiya) “ADY Container” marşrut qatarı təqdim edilib. Bu xətt üzrə yüklərin cəlb olunması və yük dövriyyəsinin artırılması üçün müntəzəm olaraq ikitərəfli və çoxtərəfli formatda görüşlər keçirilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti