...

Azərbaycanını İKT məhsullarının satışından gəliri 190 milyon manatdan çox olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2020 21:26 (UTC +04:00)
Azərbaycanını İKT məhsullarının satışından gəliri 190 milyon manatdan çox olub

Bakı. Fidan Babayeva - Trend:

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 142,7 milyon manat məbləğində kompüter, elektron, optik və elektrik avadanlıqları istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə kompüterlər, elektron və optik avadanlıqların istehsalı 36,8 faiz, elektrik avadanlıqlarının istehsalı 3,4 faiz artıb.

Hesabat dövründə ölkədə kompüter, telekommunikasiya avadanlığı və çap materiallarının pərakəndə satışının dövriyyəsi 190,2 milyon manat təşkil edib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz az olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti