...

Rusiya 5 Azərbaycan istehsalçısından pomidor idxalını dayandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2021 12:58 (UTC +04:00)
Rusiya 5 Azərbaycan istehsalçısından pomidor idxalını dayandırıb

Bakı. Fidan Babayeva, tərcümə Orxan Nəbiyev - Trend:

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti Azərbaycandan idxal edilən pomidorlarda pomidor güvəsinə yoluxma aşkar edilib.

Trend-in məlumatına görə, nəzarət zamanı 6 yoluxma halı qeydə alınıb.

Bununla əlaqədar olaraq, Rusiya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müvafiq bildirişlər göndərib.

Yoluxma faktları ilə əlaqədar Azərbaycanın 5 müəssisəsindən, "Aqro Favorit" MMC, "Binə Aqro" QSC, "Agroterm" MMC, "Xızı Aqropark" MMC və fiziki şəxs Məmmədov Vilayət Rüstəm oğlundan pomidor idxalı dayandırılıb.

Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti yaxın zamanlarda Azərbaycan tərəfi ilə danışıqların başlayacağını deyib.

Hazırda Rusiya ərazisinə Azərbaycanın 33 müəssisəsindən pomidor idxalına icazə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti