...

"BioNTech" bu il koronavirusa qarşı 2 milyard doz peyvənd istehsal edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2021 07:08 (UTC +04:00)
"BioNTech" bu il koronavirusa qarşı 2 milyard doz peyvənd istehsal edəcək

Bakı. Trend:

Alman "BioNTech" şirkəti bu il ümumilikdə 2 milyard doz koronavirus peyvəndi istehsal etmək niyyətindədir.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

"Artan qlobal tələbə cavab vermək üçün 2021-ci ildə daha əvvəl planlaşdırılan həcmdən 50 faiz çox - 2 milyard doz "COVID-19" peyvəndi istehsal etməyi planlaşdırırıq. İstehsal gücümüzü genişləndirmək üçün doğru yoldayıq", - məlumatda deyilir.

Alman şirkəti Belçikadakı zavodunda işlərin yenidən təşkil olunmasının uğurla başa çatdığını da bildirib: "İndi Avropa İttifaqına peyvənd dozalarının tədarükünün real cədvəlinə qayıdırıq". Bundan əlavə, fevral ayında dərman istehsalının İsveçrənin Marburq şəhərində başlayacağı qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti