...

"ADY Express" BTQ ilə rekord həcmdə yük daşıyıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2021 13:24 (UTC +04:00)
"ADY Express" BTQ ilə rekord həcmdə yük daşıyıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi olan "ADY Express" MMC 2021-ci ilin birinci yarısında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə rekord həcmdə yük daşıyıb.

"ADY Express"dən Trend-ə bildiriblər ki, hesabat dövründə BTQ ilə 1 767 vaqonda 108 534 ton yük daşınıb. Bu, marşrut istifadəyə verilən dövrdən bu günədək ən yüksə göstəricidir.

Ümumilikdə 2020-ci il ərzində "ADY Express" 50 min ton yük daşıyıb ki, bu da hazırkı göstəricidən 117 faiz azdır. Yüklərin əsas hissəsi Rusiyanın Maqnitoqorsk metallurgiya kombinatının payına düşüb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti