...

BVF Azərbaycanda qeyri-neft ÜDM üzrə proqnozu yüksəldib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2021 20:53 (UTC +04:00)

Bakı. Ləmanz Zeynalova - Trend:

2021-ci ildə Azərbaycanda qeyri-neft ümumi daxili məhsulunun artımı 4,5 faiz təşkil edəcək.

Trend bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya üzrə "Regional Economic Outlook" hesabatına istinadən məlumat verir.

2022-ci ildə də bu göstərici 3,5 faiz səviyyəsində proqnozlaşdırılır.

BVF-nin bundan əvvəlki proqnozunda Azərbaycanda 2021-ci ildə qeyri-neft ümumi daxili məhsulunun artımı 3,5 faiz, 2022-ci ildə isə 2,3 faiz səviyyəsində idi.

Eyni zamanda, BVF-nin proqnozlarına əsasən, Azərbaycanda 2021-ci ildə neft ümumi daxili məhsulunun artımı 0,2 faiz olacaq. 2022-ci ildə bu göstərici dəyişməz qalacaq.

Ləman Zeynalova: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti