...

Qeyri-neft sektoruna investisiya qoyuluşu artıb - Nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2022 14:02 (UTC +04:00)
Qeyri-neft sektoruna investisiya qoyuluşu artıb - Nazir

Bakı. Trend:

Qeyri-neft sektorunda əsas kapitala yönəldilmiş investisiyaların həcmində müsbət dinamika qeydə alınıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

M.Cabbarov qeyd edib ki, 2022-ci ilin yanvar-fevral aylarında bu sektorda sərmayələrin artım tempi 12,1% təşkil edib.

"ABƏŞ istisna olmaqla, özəl mülkiyyətli müəssisələrdə investisiyaların artım tempi isə 10,7% olub", - nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti