Bakı. Trend:
Yaxın zamanlarda "Google Pay" xidməti Azərbaycanda tətbiq olunacaq.
Bunu Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov mətbuat konfransı zamanı Trend-in sualına cavablandırarkən bildirib.
O deyib ki, Mərkəzi Bank maliyyə inklüzivliyinin genişləndirilməsi, maliyyə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində davamlı işlər həyata keçirir.
"Artıq Mərkəzi Bankın sıx çalışdığı layihələr çərçivəsində "Apple" ödəniş xidmətləri gəlib, yaxın zamanlarda "Google" üzrə xidmətlər ölkəmizdə tətbiq olunacaq", - deyə o bildirib.