Bakı. Trend:
"Visa" Azərbaycanda ictimai nəqliyyatda MTT (ictimai nəqliyyatda əməliyyat) həllini işə salmağı planlaşdırır.
Trend-in məlumatına görə, bunu "Visa"nın Azərbaycan üzrə meneceri Nurlan Hacıyev "Azərbaycanda fintex ekosistemi - bu gün və sabah" adlı tədbir zamanı deyib.
Onun sözlərinə görə, söhbət nəqliyyat vasitələrində tokenləşdirmənin reallaşmasından gedir.
"Tokenləşmə vasitəsilə ödənişlər müstəqil rejimdə aparılır. Təhlükəsizliyin təmin olunması məqsədilə məhz bu üsulun tətbiqi planlaşdırılır. Belə ki, müstəqil ödənişlər onlayn ödənişlərdən daha az təhlükəlidir", - deyə o bildirib.