...

AZPROMO Avropa bazarlarına çıxmaq istəyən yerli sahibkarları dəstəkləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2022 13:01 (UTC +04:00)
AZPROMO Avropa bazarlarına çıxmaq istəyən yerli sahibkarları dəstəkləyəcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Avropa bazarlarını hədəfləyən yerli sahibkarları dəstəkləyəcək.

Trend-in məlumatına görə, bunu AZPROMO rəhbərinin müşaviri Tural Hacılı deyib.

Onun sözlərinə görə, bununla əlaqədar yerli ixracatçılar bazasının hazırlanması gözlənilir.

"Bu bazaya uyğun olaraq biz sahibkarları Avropa, ABŞ, Mərkəzi Asiya və ya "Şərq tərəfdaşlığı" üzv ölkələrinin bazarlarına çıxış üçün zəruri sertifikasiya barədə məlumatlandıra bilərik". - deyə o bildirib.

O vurğulayıb ki, yerli şirkətlərin reallaşdırılmamış ixrac potensialının açılmasına yönəlmiş tədbirlərin keçirilməsi planlaşdırılır.

T.Hacılı qeyd edib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan ümumi ixracda gübrə, polipropilen və digər məhsulların payını artırıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti