...

Suveren Fondların Beynəlxalq Forumunun 15-ci iclası İspaniyada keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2022 17:23 (UTC +04:00)
Suveren Fondların Beynəlxalq Forumunun 15-ci iclası İspaniyada keçiriləcək
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Suveren Fondların Beynəlxalq Forumunun 15-ci iclası gələn il İspaniyanın paytaxtı Madriddə keçiriləcək.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müşaviri Bəhruz Bəhramov Suveren Fondların ​Beynəlxalq Forumunun 14-cü iclasının açılışına həsr olunmuş brifinq zamanı deyib.

Onun sözlərinə, ARDNF-in sədrliyi ilə keçirilən iclasda 35-dən çox maliyyə təşkilatı və inkişaf institundan 50-yə yaxın nümayəndə iştirak edir.

B.Bəhramov əlavə edib ki, Suveren Fondların ​Beynəlxalq Forumu 32 ölkə, 37 tamhüquqlu üzv və 9 tərəfdaşı təmsil edən suveren fondları birləşdirən beynəlxalq təşkilatdır.

Qeyd edək ki, Suveren Fondların ​Beynəlxalq Forumunun ilk iclası 2009-cu il oktyabrın 8-9-Bakıda keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti