...

Xocavənd, Zəngilan, Qubadlıda qoz plantasiyaları yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2022 13:03 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad edilmiş ərazilərə fermer və investorların cəlb edilməsinə başlayıb.

Trend-in məlumatına görə, bunu bu gün Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafı üzrə dövlət proqramının icrasının yekunlarına həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə torpaqların icarəyə verilməsi müvəqqəti olaraq Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib.

"Qarabağda kənd təsərrüfatı üçün potensial ərazilər "Azərkosmos”la birgə müəyyən edilib. Biz artıq bu ərazilərə fermerləri və investorları cəlb etmişik, fındıq ağaclarının əkilməsi işlərinə başlanılıb. Xocavənd, Zəngilan, Qubadlı rayonlarında qoz plantasiyalarının yaradılması nəzərdə tutulur”, - deyə Tağıyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti