...

Azərbaycanın qeyri-neft sektoruna investisiyalar yarıdan çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2023 12:46 (UTC +04:00)
Azərbaycanın qeyri-neft sektoruna investisiyalar yarıdan çox artıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın qeyri-neft sektoruna investisiyalar I rübdə 51,7 faiz artıb

Trend xəbər verir ki, bunu bu gün iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" mövzusunda yerli şirkətlərin sərgisində deyib.

Onun sözlərinə görə, son 20 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfə, ixrac isə 15,6 faiz artıb. Məşğulluq, əmək haqları, sosial müavinətlər və pensiyalar sürətlə artmaqdadır.

"Azərbaycanın qeyri-neft ixracı 21,8 faiz artıb, həmçinin əmtəə dövriyyəsi, xüsusən Azərbaycandan ixrac artıb", - o deyib.

İnvestisiya mühitindən danışan S.Məmmədov bildirib ki, bu artıma bütün ölkə ərazisində, o cümlədən Qarabağda və Naxçıvanda azad iqtisadi zonaların yaradılması səbəb olur.

"Qarabağda tikinti-yenidənqurma işləri görülür, sahibkarlar üçün müvafiq təşviqedici tədbirlər və güzəştlər mövcuddur. Hesab edirəm ki, bütün bu və gələcək işlər ölkəmizin iqtisadiyyatına investisiyaların artmasına imkan yaradacaq", - deyə o qeyd edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti