Bakı. Trend:
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun daha da genişləndirilməsi barədə qərar qəbul olub və bu işlər işlər tamamlanmaq üzrədir.
Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində panel çıxışında deyib.
Onun sözlərinə görə, yaxın illərdə infrastrukturla bağlı bir sıra həllər var.
"Dəmir yolları ilə bağlı müəyyən məqsədlərimiz var", - o deyib.
Xatırladaq ki, 850 kilometrlik Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildə istismara verilib. Malların Asiyadan Avropaya Azərbaycan ərazisindən sürətlə çatdırılması BTQ-nin regional nəqliyyat şəbəkəsində əhəmiyyətini artırır.
Qeyd edək ki, bu gün Azərbaycan-Türkiyə İnvestisiya Forumu başlayıb.
Forum çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzərdən keçiriləcək, investisiya üzrə əməkdaşlıq sazişi və müqavilələri imzalanacaq.
Tədbirdə hər iki ölkədən dövlət qurumları və özəl sektoru təmsil edən 600-dən çox nümayəndə iştirak edir.
Forum çərçivəsində investisiya, ticarət, kənd təsərrüfatı, müdafiə sənayesi, "yaşıl" enerji, sağlamlıq turizmi sektorlarını əhatə edən panel sessiyalar keçiriləcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)