...

Mərkəzi Bank birbaşa xarici investisiyaların həcmini açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2024 10:38 (UTC +04:00)
Mərkəzi Bank birbaşa xarici investisiyaların həcmini açıqladı
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Azərbaycandan xarici ölkələrə investisiyaların həcmi 3,1 milyard ABŞ dolları olub.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov media brifinqində deyib.

"Azərbaycandan ən çox investisiyaların həyata keçirildiyi 3 ölkə siyahısına Türkiyə (1,8 milyard dollar), ABŞ (311 milyon dollar) və Böyük Britaniya (157 milyon dollar) daxildir", - deyə o qeyd edib.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar (BXİ) 6,658 milyard ABŞ dolları olub (6,1 faiz artım). 1-ci rübdə Azərbaycan iqtisadiyyatına BXİ-lərin həcmi 1,501 milyard dollar, 2-ci rübdə 1,478 milyard dollar, 3-cü rübdə 1,392 milyard dollar, 4-cü rübdə isə 2,285 milyard dollar olub.a

Azərbaycan iqtisadiyyatına ən çox BXİ yatıran 5 ölkə siyahısına Böyük Britaniya (1,857 milyard dollar), Türkiyə (1,302 milyard dollar), Kipr (791,594 milyon dollar), Rusiya (617,339 milyon dollar) və İran (395,983 milyon dollar) daxildir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti