...

Rusiyanın Nəqliyyat Nazirliyi "Şimal-Cənub" dəhlizindən istifadənin effektivliyini artırmağa çalışır (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2024 11:46 (UTC +04:00)
Rusiyanın Nəqliyyat Nazirliyi "Şimal-Cənub" dəhlizindən istifadənin effektivliyini artırmağa çalışır (ÖZƏL)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Nəqliyyat Nazirliyi "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizindən istifadənin effektivliyini artırmağa çalışır.

Bu barədə Trend-ə Rusiya Nəqliyyat Nazirliyindən deyiblər.

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizindən, eləcə də, nəqliyyat infrastrukturunun inkişafı baxımından digər nəqliyyat-logistika dəhlizlərindən istifadənin effektivliyinin artırılması üzrə tədbirlər həyata keçirilir", - deyə nazirlikdən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, dəniz limanlarına yanaşmalarda məhdudlaşdırıcı məqamların aradan qaldırılması, eləcə də, nəqliyyat infrastrukturunun inkişafı üzrə tədbirlər vaxtında görülür.

"O cümlədən, dəniz limanlarına yanaşmalarda məhdudlaşdırıcı məqamların aradan qaldırılmasından, dəmir yolunun, daxili su yolları infrastrukturunun, avtomobil yollarının, dövlət sərhədi vasitəsilə buraxılış məntəqələrinin inkişafı, yüklərin aşırılmasında artımı təmin etmək üçün dəniz limanlarının ötürücülük imkanlarının artırılması üzrə tədbirlərin vaxtında reallaşdırılması üzrə tədbirlərin, o cümlədən, daşınma və logistika servislərinin inkişafı üzrə əlavə tədbirlərin vaxtında icrasından söhbət gedir", - deyə nazirlikdən bildiriblər.

Xatırladaq ki, "Şimal-Cənub" nəqliyyat dəhlizinin hüquqi bazası Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci il tarixli hökumətlərarası sazişin təməlini təşkil edir.

Bütünlükdə dəhlizə dair saziş 13 ölkə (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Oman, Rusiya Federasiyası, Tacikistan, Türkiyə və Ukrayna) tərəfindən imzalanıb.

Bu yaxında Qazaxıstan Nəqliyuyat Nazirliyindən verilən məlumata görə, 2023-cü ildə "Şimal-Cənub" dəhlizi ilə yük daşımalarının həcmi 2,1 milyon ton olub ki, bu da 2022-ci illə müqayisədə 4 faiz çoxdur.

2027-ci ilədək dəhlizin nəqliyyat potensialının 6 milyon tondan 10 milyon tonadək artırılacağı gözlənilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti