...

DİF Azərbaycan şirkətlərini rəqəmsal inkişaf yolunda müşayiəti davam etdirəcəyinə ümid edir - Metyu Stivenson

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2024 17:04 (UTC +04:00)
DİF Azərbaycan şirkətlərini rəqəmsal inkişaf yolunda müşayiəti davam etdirəcəyinə ümid edir - Metyu Stivenson
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya İqtisadi Forumu (DİF) Azərbaycan şirkətlərini rəqəmsal inkişaf yolunda müşayiəti davam etdirəcəyinə ümid edir.

Trend xəbər verir ki, bu barədə Dünya İqtiadi Forumunun nümayəndəsi Metyu Stivenson bu gün Bakıda keçirilən "Ağıllı Sənaye Hazırlığı İndeksi" (SIRI) üzrə seminarda videomüraciətində deyib.

"Missiyamız "La Probe" və UNESCO-nun tərəfdaşlığı ilə "FOSER" kimi tanınan Təhlil və Koordinasiya Mərkəzi vasitəsilə şirkətlərin ehtiyaclarını başa düşərək və Dördüncü Sənaye İnqilabı üçün şərait yaradaraq artan investisiya axınına imkan yaratmaq və investisiya şərtlərini yaxşılaşdırmaqdan ibarətdir. 2023-cü ildə şirkətlərin ehtiyaclarını başa düşməyə və rəqəmsal birbaşa xarici investisiya (BXİ) üçün tələbləri müəyyən etməyə fokuslanmışıq. Bugünkü seminar əvvəlki təşəbbüslərin həyata keçirilməsinə kömək etmək məqsədi daşıyır. Seminarın nəticəsini səbirsizliklə gözləyir və ümid edirik ki, Dünya İqtisadi Forumu rəqəmsal inkişaf və investisiya yolunda sizi müşayiət etməyə davam edəcək", - o deyib.

Qeyd edək ki, "Ağıllı Sənaye Hazırlığı İndeksi" Sinqapur İqtisadi İnkişaf Şurası tərəfindən aparıcı texnologiya, konsaltinq şirkətləri, eləcə də sahə üzrə və elmi ekspertlərin tərəfdaşlığı ilə hazırlanıb. "SIRI" qiymətləndirmə metod qlobal miqyasda rəqəmsal transformasiyanı sürətləndirmək məqsədi daşıyır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti