...

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını sabah açıqlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2024 10:14 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarı 2024-cü il iyunun 21-də açıqlanacaq.

Trend xəbər verir ki, Mərkəzi Bank mayın 1-də uçot dərəcəsini 7,5 faizdən 7,25 faizə endirib. Faiz dəhlizinin yuxarı həddi 8,5 faizdən 8,25 faizə endirilib, aşağı həddi isə dəyişməyərək 6,25 faiz olub.

Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin sabitləşməsi və risklər balansında dəyişikliklər nəzərə alınaraq qəbul edilib.

Mərkəzi Bankın da dediyi kimi, inflyasiya proqnozunun aşağıya doğru dəyişdiyini nəzərə alsaq, faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin aşağı salınması monetar şəraitin yumşaldılmasına yönəlib.

Xəbər lenti

Xəbər lenti