...

AMB 2024-cü ilin 1-ci yarısında Azərbaycanın birbaşa xarici investisiyalarının həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2024 11:37 (UTC +04:00)
AMB 2024-cü ilin 1-ci yarısında Azərbaycanın birbaşa xarici investisiyalarının həcmini açıqlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin 1-ci yarısında Azərbaycanın digər ölkələrin iqtisadiyyatına birbaşa xarici investisiyalarının həcmi 998,241 milyon ABŞ dolları (60,94 faiz artım) təşkil edib.

Trend-in sualına cavab olaraq, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) statistika departamentinin direktoru Samir Nəsirov media brifinq zamanı məlimat verib.

"Azərbaycanın digər ölkələrin iqtisadiyyatına birbaşa xarici investisiyalarının həcminə görə ilk 5 ölkə bunlardır: BƏƏ - 396,946 milyon dollar, Türkiyə - 108,188 milyon dollar, Özbəkistan - 67,382 milyon dollar, Gürcüstan - 64,911 milyon dollar və Böyük Britaniya - 50,939 milyon dollar daxildir", - o vurğulayıb.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın birbaşa xarici investisiyalarının həcmi 3,1 milyard ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,658 milyard ABŞ dolları (6,1 faiz artım) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti