...

Azərbaycan və Özbəkistan bankçılıq və fintex sahələrində müqavilə imzalanması üzrə danışıqlar aparır (Özəl)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2024 10:01 (UTC +04:00)
Azərbaycan və Özbəkistan bankçılıq və fintex sahələrində müqavilə imzalanması üzrə danışıqlar aparır (Özəl)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Asiya Fintex Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyası tərəfdaşlıq və əməkdaşlıq haqqında müqavilənin imzalanması üzrə danışıqlar aparır.

Bu barədə Trend-ə Mərkəzi Asiya Fintex Assosiasiyasının sədri Otabek Nasırov VIII Beynəlxalq Bankçılıq Forumunun kuluarlarında bildirib.

"Fintexin və Azərbaycan bazarının, o cümlədən ənənəvi bankları əhatə edən maliyyə xidmətləri sektorunun inkişafında böyük perspektivlər görürəm. İki həftə əvvəl Azərbaycan Mərkəzi Bankının nümayəndəsinin, bürokratik maneələrin aradan qaldırılması üçün fəal işlərin aparıldığını vurğuladığı bir məqaləni böyük məmnuniyyətlə oxudum. Bu, xarici oyunçular, o cümlədən fintex şirkətləri üçün bazara daxil olmaq imkanlarının yaradılmasını hədəfləyir. Həmçinin, həmin məqalədə Azərbaycan Mərkəzi Bankının rəqabəti artırmaqda maraqlı olduğunu göstərən açıq bir mesaj səsləndirildi. Bu yanaşma, əslində, xarici fintex şirkətlərinə ölkəyə gəlmək, burada ödəniş təşkilatları açmaq, müxtəlif xidmətlər təklif etmək və yeni məhsullar hazırlamaq üçün bir dəvətdir", – deyə sədr bildirib.

Onun sözlərinə görə, rəqabət iqtisadiyyatın əsas hərəkətverici qüvvəsidir.

"Şadam ki, Azərbaycan Mərkəzi Bankı da bu fikri bölüşür. Forumdan gözləntilərimə gəldikdə isə, Azərbaycan Banklar Assosiasiyası ilə uzunmüddətli dostluğumuzu nəzərə alaraq, yaxın vaxtlarda tərəfdaşlıq və əməkdaşlıq haqqında müqavilə imzalayacağımıza inanıram. Bu müqavilə fintex iştirakçılarına və ənənəvi banklara dəstək, həmçinin Mərkəzi Asiyanın fintex bazarı və maliyyə xidmətləri sektoru iştirakçıları ilə müxtəlif platformalarda təcrübə və fikir mübadiləsi üçün əsas yaradacaq. Bildiyiniz kimi, pandemiyadan sonra Mərkəzi Asiya bazarı, xüsusilə fintex və elektron ticarət sahəsində sürətli inkişaf nümayiş etdirir. Əminik ki, Mərkəzi Asiyada tətbiq etdiyimiz bir çox uğurlu həllər Azərbaycanın bazarına uyğunlaşdırılaraq burada uğurla tətbiq oluna bilər", – deyə O.Nasırov əlavə edib.

O, vurğulayıb ki, bu, istehlakçılara həyatlarını asanlaşdıran yeni həllər təklif etməyə və korporativ müştərilər üçün faydalı məhsullar yaratmağa imkan verəcək.

"Əminəm ki, gələn il Azərbaycan bazarı üçün uğurlu olacaq. Yeni oyunçuların bazara daxil olmasının şahidi olacağıq. Öz növbəmizdə Mərkəzi Asiyadan şirkətləri buraya cəlb edərək, təcrübə və biliklərini bölüşməyə, tərəfdaşlar tapmağa kömək etməyə hazırıq. Bu tərəfdaşlıqlar fintexin və Azərbaycanda maliyyə xidmətləri bazarının daha da inkişafına töhfə verəcək birgə şirkətlərin yaradılmasına imkan yaradacaq", – deyə O. Nasırov bildirib.

Xəbər lenti

Xəbər lenti