...

ADFIMI "LAYİHƏLƏRİN HAZIRLANMASI VƏ QİYMƏTLƏNDİRİLMƏSİ" ADLI SEMİNAR KEÇİRƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2005 12:33 (UTC +04:00)

İslam İnkişaf Bankı ölkələrindəki regional maliyyə institutlarının inkişaf assosiasiyası (ADFIMI) Bakıda "Layihələrin hazırlanması və qiymətləndirilməsi" adlı seminar keçirəcək. Seminar iyulun 4-dən 8-dək davam edəcək. Azəriqazbankdan Trend ə verilən məlumata əsasən, tədbirin təşiklatçıları qismində ADFIMI-dən başqa Azerigazbank və UniBank da çıxış edir.

Seminarın keçirilməsi məqsədi layihə üzərində iş zamanı yaranan suallar, xüsusilə layihələrin hazırlanma və qiymətləndirilmə problemləri ilə tanışlıqdır. Seminar investisiya layihələrinə, o cümlədən yatırılan vəsaitlərin paylaşdırılmasına, layihələrin gerçəkləşdirilməsi üçün müasir texnologiya və meyarlara həsr olunacaq.

Təşkilatçıların fikrincə, seminarın tematikası bank işçiləri, investorlar, layihələrin hazırlanması və qiymətləndirilməsi ilə məşğul olan dövlət xadimləri üçün maraqlı və faydalıdır. Seminar, iştirakçılara ölkədəki özəl və ictimai sektorun inkişafı üçün yerli və xarici resurslardan səmərəli istifadə etmək imkanı verəcək.

Xəbər lenti

Xəbər lenti