...

AZTÜRKBANK-IN ÜMUMİ KAPİTALI 20 MİLYON DOLLAR TƏŞKİL EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2005 15:55 (UTC +04:00)

"Aztürkbank" kommersiya bankının ümumi kapitalı 20 milüon dollar təşkil edir. Trend in məlumatına görə, bu barədə bankın 10 illiyinə həsr olunmuş mərasimdə "Aztürkbank"ın Müşahidə Şurasının sədri Məmməd Musayev bəyan edib.

Onun sözlərinə görə, hazırda bankın Nizamnamə kapitalı 5 milyon dollara bərabərdir." Musayev Azərbaycanın maliyyə bazarında mühüm rol oynayan bankı həm də Azərbaycanla Türkiyə arasında körpü adlandırıb.

Tədbirdə iqtisadi inkişaf naziri Fərhad Əliyev, Azərbaycan Milli Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov, Türkiyənin "Zirayətbank"ının rəhbərliyi, müxtəlif dövlət idarələrinin,bankların nümayəndələri iştirak edib.

E.Rüstəmov bildirib ki, Aztürkbank iki ölkənin iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, bank sektoru qeyri-neft sektorunun inkişafı üçün təkan rolunu oynamalıdır. E.Rüstəmov bildirib ki, "Zirayətbank" bütün dünyada bank aktivləri 48 milyard dollar olan 115 ən iri bankdan biridir.

E.Rüstəmov həmçinin qeyd edib ki, Zirayətbank dünyanın 100 ən böyük bankının siyahısına daxil olmaq niyyətindədir. Bank Azərbaycanda kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsində böyük rol oynayır və öz fəaliyyətini genişləndirmək arzusundadır. Bankın nümayəndələri bu məsələ ilə bağlı Milli Bankla danışıqlar aparırlar.

Fərhad Əliyev regionların iqtisadi inkişafı üçün Azərbaycanda keçirilən tədbirlərdən danışıb. "Bu istiqamətdə bankların payı böyükdür. Onlar hökumətə sahibkarlıq üçün büdcədə nəzərdə tutulmuş vəsaitlərdən kreditlər ayrılmasında xidmət göstərir. Hazırda onların qaytarılması 100% təmin olunub " - deyə o, qeyd edib.

Xəbər lenti

Xəbər lenti