...

BAKIDA TRACECA MARŞRUTU ÜZRƏ DAŞINMALARIN ARTIRILMASI MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNUR

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2005 12:51 (UTC +04:00)

İyulun 14-də Bakıda Azərbaycanın Nəqliyyat Nazirliyi, Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi, Qazaxıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyinin yüksək səviyyəli nümayəndələri arasında Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizi marşrutu ilə daşımaların inkişafı məsələsinin müzakirəsi üzrə iki gün davam edəcək görüş keçirilir.

Trend agentliyinin məlumatına görə, Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov qeyd edib ki, görüş çərçivəsində TRACECA dəhlizi ilə əlavə yüklərin daşınması və Bakı-Aktau-Poti və Bakı-Aktau-Batumi dəniz limanları ilə yük daşımalarının artırılması məsələləri müzakirə olunacaq.

Həmçinin Qazaxıstan-Azərbaycan-Gürcüstan marşrutu üzrə intermodal, o cümlədən konteyner daşımalarının inkişafıı, Transavropa və Transasiya dəmiryol marşrutlarının müvafiq xətlərinin birləşdirilməsi layihələrinin həyata keçirilməsi, Transqazaxıstan dəmiryol magistralının, Qars-Tiflis-Bakı dəmiryollarının birləşdirilməsi, həmçinin hər üç ölkənin infrastrukturlarının inkişafına əlavə investisiyaların qoyulması məsələlərinin müzakirəsi gözlənilir. Musa Pənahov həmçinin qeyd edib ki, cari ilin 6 ayı ərzində TRACECA marşrutu ilə yük daşımaları 6-7% artıb. Bu artım dəmiryolu ilə daşımalarda 14,5% təşkil edir. Neft və neft məhsullarının daşınması sahəsində artım daha çoxdur.

Gürcüstanın iqtisadi inkişaf nazirinin müavini Tamar Kovzuridze qeyd edib ki, Gürcüstan bu marşrut üzrə yük dapşımalarının artırılmasında maraqlıdır. Qazaxıstanın nəqliyyat və kommunmkasiya nazirinin müavini Talqat Əbilqazim isə bildirib ki, marşrut üzrə əlavə yüklərin cəlb olunması böyük əhəmiyyətə malikdir və TRACECA marşrutu üzrə çoxtərəfli razılığın çoxdan imzalanması (1998 ci il) kifayət olduğundan bu problem hələlik qalmaqdadır. Bu gün marşrutun bütün imknalarından istifadə olunmur, bu görüş çərçivəçində problemi həll etmək üçün biz müsbət nəticələr əldə edəcəyik.

TRACECA-nın Azərbaycandakı daimi katibliyinin nümayəndəsi Akif Mustafayev isə bildirib ki, hazırda Azərbaycan və Avropa arasında böyük yük daşınması davam edir. Lakin konteyner yüklərinin TRACECA marşurutu ilə daşınması halları çox azdır. Bu daşımaların artırılması böyük gəlir əldə etmək imkanı verəcək.

Xəbər lenti

Xəbər lenti